Malidə qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində azı 70 nəfərin öldüyü bildirilib.
525.az xəbər verir ki, Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi, Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəninin çökdüyünü açıqlayıb.
Rəsmi hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Məhəmməd Tağıyev
çap et