ABŞ Federal Aviasiya Administrasiyası (FAA) keyfiyyətə nəzarəti yaxşılaşdırmaq üçün "Boeing 737 MAX 9"un, o cümlədən "MAX" tipli təyyarələrin istehsalının genişləndirilməsinə icazə verməyəcəyini açıqlayıb.
525.az xəbər verir ki, FAA-nın verdiyi açıqlamada yanvarın 5-də uçuş əsnasında "Boeing 737 MAX 9" tipli təyyarənin gövdəsindən parça qoparaq meydana gələn hadisə xatırladılıb və bu hadisənin bir daha təkrarlanmaması lazım olduğu bildirilib.
Bu çərçivədə, FAA-nın hər bir təyyarənin təhlükəsiz olmasını təmin etmək üçün əlavə tədbirlər elan etdiyi və "Boeing"ə "737 MAX 9" da daxil olmaqla "MAX" tipli təyyarələrin istehsalının genişləndirilməsinə icazə verilməyəcəyi bildirilib.
Məhəmməd Tağıyev
çap et