Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb.
525.az xəbər verir ki, Rio-de-Janeyro şəhərinin meri Marselo Krivella mətbuata verdiyi açıqlamada bəzi qəsəbələrdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bir həftədir davam edən leysan nəticəsində 12 nəfərin öldüyünü qeyd edən Krivella, ötən həftə fövqəladə vəziyyət elan etdiklərini xatırladıb.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərində son illərdə yağan güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri onlarla insanın həyatına son qoyub.
Məhəmməd Tağıyev
çap et