525.Az

Somalidə kamikadze hücumu - 2 ölü


 

Somalidə kamikadze hücumu - <b style="color:red">2 ölü</b>

Somalinin paytaxtı Moqadişoda törədilən kamikadze hücumda iki nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Somali polisinin verdiyi açıqlamaya görə, şəhərin ən sıx nöqtələrindən birində kamikadze hücumu həyata keçirilib.

İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.

Hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, dünən təşkilat ölkənin mərkəzi hissəsindəki Qalmuduq əyalətində hərbi bazaya hücum edib və şiddətli toqquşmalar baş verib. Somali Prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı "Əl-Şəbab" ilə hərtərəfli mübarizə aparılacağını açıqlayıb.

Malik Atilay

 





25.01.2024    çap et  çap et