525.Az

"Tesla" 2024-cü ildə daha yavaş böyümə proqnozlaşdırır


 

"Tesla" 2024-cü ildə daha yavaş böyümə proqnozlaşdırır<b style="color:red"></b>

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" xəbərdarlıq edib ki, yeni nəsil avtomobil üzərində aparılan işlərə görə bu il avtomobil həcmindəki artım 2023-cü ilə nisbətən daha aşağı ola bilər.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Tesla" keçən ilin son rübü üçün balans hesabatını açıqlayıb.

Buna görə şirkətin gəliri 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 25,2 milyard dollara çatıb. "Tesla" 2022-ci ilin dördüncü rübündə 24,3 milyard dollar gəlir əldə edib.

Keçən ilin son rübündə "Tesla"nın gəliri bazar gözləntilərindən aşağı olub.

Elektrik avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə təxminən iki dəfə artaraq 7,9 milyard dollara çatıb. "Tesla"nın xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 3,7 milyard dollar olaraq hesablanıb.

Malik Atilay

 





25.01.2024    çap et  çap et