Çin Xalq Azadlıq Ordusu müharibəyə hazırlaşır və Tayvan ətrafında müntəzəm patrul əməliyyatları keçirəcək. Bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.
525.az xəbər verir ki, müvafiq bəyanat Müdafiə Nazirliyinin saytında dərc olunub.
“Bu yaxınlarda Çin Xalq Azadlıq Ordusunun Şərq Komandanlığı gücünü daha da yaxşılaşdırmaq üçün Tayvan ətrafındakı dəniz və hava məkanında müntəzəm birgə döyüş hazırlığı patrulları təşkil edib”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Vu Qian həmçinin əlavə edib ki, Pekin milli suverenliyi və ərazi bütövlüyünü qorumağa sadiqdir.
Qeyd edək ki, əvvəllər Tayvan Çinə qarşı çıxmaq üçün adanın cənubuna hava hücumundan müdafiə sistemləri yerləşdirib. Qərar Pekinin havada fəallığının artması ilə əlaqədar qəbul edilib.
Havar Şəfiyeva
çap et