Avstraliyanın Sidney şəhərinin cənub-qərbində qəzaya uğrayan kiçik təyyarənin 16 yaşlı pilotu dünyasını dəyişib.
525.az xarici mediaya istinadən xəbər verir ki, yerli uçuş məktəbində qeydiyyatda olan kiçik Cessna 172 təyyarəsi qalxdığı Camden hava limanından 3 kilometr aralıda "Brownlow Hill"də otlaqda qəzaya uğrayıb.
16 yaşlı pilot uçuşun ilk üç dəqiqəsində təxminən 1500 fut hündürlüyə çatdıqdan sonra eniş istəyib və qısa müddət sonra idarəetmə qülləsi ilə əlaqəni kəsib.
Qəzadan sonra hadisə yerinə gələn polis gənc pilotun öldüyünü açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Avstraliyada 15 yaşlı uşaqlar lazımi pilot sertifikatını aldıqları təqdirdə təkbaşına uça bilərlər.
Malik Atilay
çap et