Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
525.az xarici mediaya əsasən bildirir ki, Kaotonq şəhərinin Cinxiong rayonunun Liangshui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb.
Sürüşmədə ölənlərin sayı 34-ə yüksəlib, daha 10 nəfərin hələ də itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə əməkdaşları soyuq, qarlı hava şəraitində itkin düşənlərin tapılması istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, yerli ekspertlərdən ibarət komitə apardığı ilkin araşdırma zamanı sürüşmənin kəndin yamacındakı dağın təpəsində 100 metr enində və 60 metr hündürlüyündə olan torpaq kütləsinin qoparaq aşağı sürüşməsi nəticəsində baş verdiyini müəyyən edib.
Malik Atilay
çap et