525.Az
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
Prezident İlham Əliyev sentyabrın 10-da 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu gün həmçinin Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
10.09.2014
çap et