525.Az

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2


 

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - <b style="color:red"> YENİLƏNİB-2  </b>

Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim edilib.

525.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Bununla da Füzuli şəhərində 500 ailə olmaqla, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınan 30 ailədən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

525.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 104 nəfər keçmiş məcburi köçkün qayıdıb.

***

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

525.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.

Bununla da indiyədək Füzuli şəhərində 500 ailənin, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

 





26.01.2024    çap et  çap et