525.Az

Sumqayıt-Pirşağı-Bakı qatarı qrafikdən qismən kənara çıxıb


 

Sumqayıt-Pirşağı-Bakı qatarı qrafikdən qismən kənara çıxıb<b style="color:red"></b>

Bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa olunub.

525.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

 





26.01.2024    çap et  çap et