525.Az

"Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi" -  Zeynep Yıldız


 

"Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi" - <b style="color:red"> Zeynep Yıldız</b>

"İkinci Qarabağ müharibəsindən əvvəl AŞPA-da hər kəs Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi. Bu, Parlament Assambleyasında dəfələrlə qeyd edilib. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dəyişən bir şey olmamalı idi. Dünən debatlarda da bunu qeyd etdim. Ancaq təəssüf olsun ki, münasibət dəyişdi".

525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zeynep Yıldız deyib.

O bildirib ki, Avropa Şurasının mənzil-qərargahı Birinci və İkinci Dünya müharibələrinin ən qanlı döyüşlərinin baş verdiyi yerdə - Elzas regionunda yerləşir. Bu, rəmzi məna daşıyır, yəni, bura ən böyük qətilamların törədildiyi yerdir. Bu təşkilatın insanların bir-birinə ən kəskin ağrı verdiyi yerdə qurulmasında əsas məqsəd dialoqu, danışıqları qoruyub saxlamaq, burada demokratiyanın qaydalarına hörmət edərək işləməkdir. Buranı münaqişələrin həlli mərkəzi, üstəlik, əməkdaşlığı gücləndirən bir vasitə kimi görürük. Bu Assambleyanı Avropa İttifaqından və digər beynəlxalq təşkilatlardan fərqləndirən əsas məqam odur ki, AŞPA-nın bir platforma kimi plüralizmə, dialoq mədəniyyətinə malik olmaq imkanı var, çoxtərəfliliyi qoruyub saxlayır.

“Burada deyirlər ki, öz dəyərlərimiz ətrafında birləşmişik. Əgər dəyərlərimiz ətrafında birləşmişiksə, onda ikili standartlar olmamalıdır. Türkiyə də Azərbaycan kimi məlum vəziyyətlə üzləşib. Avropa Şurasının qaydalarına riayət etməyən bir çox üzv dövlətlər var. Ancaq heç bir ölkəyə qarşı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına dair qərar qəbul edilmir. Ancaq söhbət Türkiyədən, Azərbaycandan gedəndə belə addım dərhal atılır”, - deyə Z. Yıldız diqqətə çatdırıb.

TBMM-in üzvü vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl AŞPA-da hər kəs Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı və bu, sessiyalarda dəfələrlə qeyd edilib. Ona görə də müharibədən sonra dəyişən bir şey olmamalı idi. Əgər əvvəlki təcrübələrdən danışsaq, dialoqun, birliyin, müxtəlifliyin, plüralizmin vacibliyi qeyd edilirdi. Bu təşkilatı digərlərindən fərqləndirən plüralizmdir. Azərbaycan və Türkiyə burada olmayacaqsa, o zaman hansı plüralizmdən danışmaq olar? O, Avropa İttifaqından nə ilə fərqlənəcək? Ona görə də Azərbaycanın və Türkiyənin burada olması lazımdır. Bu təşkilatda ikili standartlarla üzləşirik ki, bu da Avropa Şurasının nüfuzuna böyük xələl gətirir.

 





26.01.2024    çap et  çap et