525.Az

“Hophopnamə” Kitab Mərkəzində yazıçı Pərvinlə görüş keçirilib


 

“Hophopnamə” Kitab Mərkəzində yazıçı Pərvinlə görüş keçirilib<b style="color:red"></b>

Sabirabad rayonu, HophopnaməKitab Mərkəzində yazıçı-dramaturq, Gənclər üçün Prezident mükafatçısı, Filologiya üzrə fəlsəfə doktoru, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, onlarla kitab müəllifi olan Pərvin Nurəliyeva oxucuların görüşünə gəlib.

525.az xəbər verir ki, mədəniyyət işçilərinin, müəllimlərin, oxucuların, rayon ictimaiyyətinin iştirak etdiyi görüşdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bölgələrdə ədəbiyyat adamları ilə görüşlərin, imza günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirin moderatoru Ağalar Ağammədov müəllifin “Vəziyyət ruscadır”, “Anar yaradıcılığında insan və zaman”, “Qadın olmaq”, “Balerina”, “Səhnə”, “Serpantin” kitabları və baş redaktoru olduğu “Qobustan” jurnalı haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tədbir yazıçının yaradıcılığı haqqında oxucularda maraq doğuran suallar əsasında qarşlıqlı dialoq şəklində davam edib, müəllif yaradıcılığı haqqında geniş danışaraq, əsərlərinin yaranma tarixçəsindən bəhs edərək ədəbiyyat, teatr və sənətlə bağlı qənaətlərini bölüşüb.

Müəllif oxucular üçün hədiyyə gətirdiyi, həmçinin “Qanun” nəşriyyatının nəşr etdiyi, “Hophopnamə” Kitab Mərkəzində satışda olan kitablarını imzalayaraq onlara təqdim edib.

Səmimi şəraitdə keçən görüş hamıda xoş əhval yaradıb. Sonda yazıçı ilə xatirə şəkilləri çəkilib.

 





26.01.2024    çap et  çap et