525.Az

Azərbaycanın Slovakiyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib


 

Azərbaycanın Slovakiyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib<b style="color:red"></b>

Azərbaycanın Slovakiyaya yeni təyin olunmuş səfiri Vüsal Abdullayev etimadnaməsini bu ölkənin Prezidenti Zuzana Çaputovaya təqdim edib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Slovakiya Respublikası Prezidenti Ofisinin və Xarici və Avropa İşləri Nazirliyinin yüksək vəzifəli əməkdaşları, Azərbaycanın bu ölkədəki fəxri konsulu Cəlal Qasımov iştirak ediblər.

Mərasimdən sonra keçirilmiş görüşdə səfir Vüsal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Z.Çaputovaya çatdırıb. Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Z.Çaputova öz növbəsində onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə münasibətlərin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Prezident Zuzana Çaputova iqamətgahı Bratislavada olmaqla Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı səfirliyinin təsis edilməsini yüksək qiymətləndirib.

Slovakiyanın dövlət başçısı Azərbaycanın 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklərini çatdırıb, bu mötəbər tədbirin təşkilində ölkəmizə uğurlar arzulayıb.

 





26.01.2024    çap et  çap et