525.Az
Bakı bulvarında 4 nəfər cinayət törətdi
Bakıda bulvarda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, “Milli Park”in ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakini Qabil Quliyevi bıçaqla hədələyərək 230 manatını alıb. Səbail rayonu 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Camal Eynullayev və Əfqan Salmanov tutulub.
Digər şəxslərin tutulması üşün tədbirlər görülür.
10.09.2014
çap et