525.Az

Keçən il ölkədə 620 intihar olub


 

Keçən il ölkədə 620 intihar olub<b style="color:red"></b>

"Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:

“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

 





26.01.2024    çap et  çap et