525.Az

Məhkəmələr ötən il 281 bəraət hökmü çıxarıb


 

Məhkəmələr ötən il 281 bəraət hökmü çıxarıb<b style="color:red"></b>

"Ötən il Azərbaycan məhkəmələri tərəfindən ümumilikdə 281 bəraət hökmü çıxarılıb".

525.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bu işlərdən 148-i narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 55- i mülkiyyət eləyhinə, 40-ı həyat və sağlamlıq eləyhinə, digərləri isə qalan cinayət işləri üzrə olub (APA).

 





26.01.2024    çap et  çap et