525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

525.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
 

 





26.01.2024    çap et  çap et