525.Az

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi 70 faizə çatdırılacaq


 

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi 70 faizə çatdırılacaq<b style="color:red"></b>

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin cari 55 %-dən potensial olaraq 70 %-ə çatdırılması hədəflənir.

525.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

Sənədə əsasən, ani ödənişlərin Milli Ödəniş Sistemi əməliyyatlarında çəkisinin cari 0,39 %-dən potensial olaraq 25 %-ə, eləcə də pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin cari 21,1 %-dən potensial olaraq 40 %-ə, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin cari 80 %-dən potensial olaraq 90 %-ə çatdırılması hədəflənir.

 





26.01.2024    çap et  çap et