525.Az

Gələn ildən yerli ödənişlər nağdsız şəkildə aparılacaq


 

Gələn ildən yerli ödənişlər nağdsız şəkildə aparılacaq<b style="color:red"></b>

Sentyabrın 9-da  parlamentin Regional məsələlər komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn növbəti payız sessiyası ilə bağlı  ilk iclası keçirilib.
 
Komitə sədri Arif Rəhimzadənin  bildirdiyinə görə, hesabat dövründə komitənin 5 iclası keçirilib 13 məsələ müzakirə olunub ki, onlardan da 10-u qanun layihəsidir. Komitə sədri qeyd edib ki, hesabat dövründə bələdiyyə üzvləri qulluqçuları üçün 22 kurs keçirilib həmin kurslara əvvəlki illə müqayisədə 2 dəfə çox dinləyici cəlb edilib: "İl ərzində respublika üzrə bələdiyyə üzvləri qulluqçuları üçün 73 seminar keçirilib".

 A. Rəhimzadə  həmçinin deyib ki, hesabat dövründə "Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə olunub. "Qanun layihəsinə əsasən, ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607- enəcək. Ümumiyyətlə, hesabat dövründə komitənin üzvləri AŞPA-nın, ATƏT PA-nın, MDB PA-nın, TürkPA-nın sessiyalarında digər beynəlxalq tədbirlərdə iştirak ediblər. Komitə üzvləri iştirak etdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində xeyli görüblər. Eyni zamanda hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə şikayətlərə baxılıb. Onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib".

Komitənin 2014- il payız sessiyası üçün planının layihəsi haqqında danışan komitə sədri deyib ki, 2015-ci ilin yanvar ayından etibarən yerli ödənişlər nağdsız şəkildə aparılacaq bu da bələdiyyələrin ümumi işinə kömək olacaq. Komitə sədri eyni zamanda qeyd edib ki, payız sessiyasında komitə 3 qanun layihəsinin hazırlanması müzakirəsini nəzərdə tutur:

"Bu sessiyada komitə "Bələdiyyələrin əraziləri torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi haqqında", "İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" bəzi qanunlara dəyişikliklər əlavələr edilməsi haqqında qanun layihələri müzakirə olunacaq".

KAMİL

 





10.09.2014    çap et  çap et