525.Az

Gürcüstanın nümayəndə heyəti Bakı Dövlət Universitetində olub


 

Gürcüstanın nümayəndə heyəti Bakı Dövlət Universitetində olub<b style="color:red"></b>

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

525..az xəbər verir ki, grüşdə çıxış edən Giorgi Amilaxvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim, tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması xalqlarımızın inkişafına öz töhfəsini verəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və iki ölkə arasında təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində BDU-nun önəmli rol oynayacağını vurğulayıb. 

BDU-nun rektoru Elçin Babayev sözügedən universitetlə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Rektor həmçinin nazir Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığın sübutu olduğunu bildirib.

Sevinc Qarayeva 

 





26.01.2024    çap et  çap et