525.Az

Qəbul imtahanlarında 696 bal toplayan tələbə dəm qazından boğularaq ölüb


 

Qəbul imtahanlarında 696 bal toplayan tələbə dəm qazından boğularaq ölüb<b style="color:red"></b>

Baş Prokurorluq Bakıda tələbənin və qardaşının dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

 





26.01.2024    çap et  çap et