525.Az

ƏLLƏRİM


 

ƏLLƏRİM<b style="color:red"></b>

Ağa SAVALAN

 

ƏLLƏRİM

 

Əllərim dünyanın işindən agah,

Ən çətin işləri görür əllərim.

Yer qazır, şumlayır, suvaq çəkir gah,

Daş üstə daş qoyub hörür əllərim.

 

Olub ki, qalmışam yol ayrıcında,

Əllərim qoynumda, gözlərim dolub.

Yorğun anlarımda, əzgin anımda,

Əllərim başıma mütəkkə olub.

 

Nə vaxt ki, yüksəlib ah-nalə göyə

Əllərim dönübdür yalın qılınca.

Evimin süfrəsi bol olsun deyə,

Əllərim çalışıb - qabar olunca.

 

Əllərim üşüyüb qara düşəndə,

Çox işdə əlimin zəhməti olub,

Kiminsə əlləri dara düşəndə,

Əllərim onun da qüvvəti olub.

 

Əllərim ürəktək vurar, döyünər,

Kiməsə verməyib acıq əllərim.

Düşmən sifətində yumruğa dönər,

Dostların üzünə açıq əllərim.

 

Gizlədə bilmərəm ağrı-acımı,

Nə qədər bassam da, mən öz səbrimi.

Bu əllər qurtardı Qarabağımı,

Sonra da düşmənin qazdı qəbrini.

 

Əllərim özümdən çox-çox ünlüdür,

Şərəfi-şöhrəti göyə ucalmış.

Əllərim özümdən qaragünlüdür,

Əllərim özümdən qabaq qocalmış!

 

 





26.01.2024    çap et  çap et