525.Az

Dərsliklər məktəblərə yeni dərs ilindən 2 ay əvvəl veriləcək


 

Dərsliklər məktəblərə yeni dərs ilindən 2 ay əvvəl veriləcək<b style="color:red"></b> "İndiyədək dərsliklər sentyabr ayında məktəblərə verilirdi. Bu da müəllimlərə müəyyən çətinliklər yaradırdı”.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib.
 
Onun sözlərinə görə, nazirlik bu ildən yeni texnologiyalarla 2 sinfin dərsliyinin hazırlanması ilə bağlı addım atıb:
 
“Bu il həm VII, həm də VIII sinif dərslikləri sifariş verilib. VII sinif dərslikləri artıq məktəblərə verilib. Həmin dərslik orta məktəblərdə bu ildən tətbiq olunacaq. VIII sinif dərslikləri də hazırdır, həmin dərsliklər oktyabr ayından qiymətləndirməyə veriləcək, qiymətləndirmənin nəticələri bəlli olandan sonra həmin dərsliklər yanvardan may ayına kimi seçilmiş məktəblərdə məhdud sayda çap olunub sınaqdan keçiriləcək”.
 
Nazirlik rəsmisi bildirib ki, gələn ildən dərsliklər sentyabrın əvvəli yox, təxminən dərslərin başlanmasına 2 ay qalmış məktəblərdə olacaq. Müəllimlər həmin dərsliklərlə əvvəldən tanış olmaq imkanı qazanacaq.
 





10.09.2014    çap et  çap et