525.Az

Aİ məhkəməsinin "Audi" loqosu qərarı


 

Aİ məhkəməsinin "Audi" loqosu qərarı<b style="color:red"></b>

Avropa Ədalət Məhkəməsi eyni və ya oxşar loqodan "Audi"nin icazəsi olmadan ehtiyat hissələrdə istifadə edilə bilməyəcəyinə qərar verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, baş ofisi Lüksemburqda yerləşən və Aİ-nin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi avtomobil istehsalçısı "Audi" şirkətinin emblem və loqotipinin satışdan sonrakı ehtiyat hissələrində istifadəsi ilə bağlı iş üzrə qərarını açıqlayıb.

Məhkəmə qərara alıb ki, avtomobil istehsalçısına məxsus ticarət nişanı əvəzedici hissələrdə eyni və ya oxşar loqodan istifadənin qarşısını ala bilər.

Qərarda ehtiyat hissələri istehsalçısının brendin embleminin daşınmasına uyğun məhsul dizayn etməsinin də qarşısı alına biləcəyi bildirilib.

Belə ki, məhkəmə şirkətin icazəsi olmadan "Audi" loqosuna bənzər formadan istifadənin ticarət nişanı qanununu pozacağına qərar verib.

Malik Atilay

 





26.01.2024    çap et  çap et