525.Az

“Əl-Cəzirə” “Qarabağ”-dan reportaj hazırlayacaq


 

“Əl-Cəzirə” “Qarabağ”-dan reportaj hazırlayacaq<b style="color:red"></b> Qətərin məşhur “Əl-Cəzirə” telekanalı Ağdamın “Qarabağ” klubu haqqında reportaj hazırlamaq məqsədilə kluba müraciət edib.
 

525.az-ın xəbərinə görə, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
 
Klub rəsmisinin sözlərinə görə, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması qətərlilərdə maraq oyadıb və bu məqsədlə “Əl-Cəzirə” telekanalı “Qarabağ” haqda reportaj hazırlamağı planlaşdırır.

Telekanalın Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”-lə ilk oyununa qədər Bakıya gələrək komanda haqda reportaj hazırlayacağı gözlənilir.
 
“Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-də, saat 21.00-da başlayacaq. 
 





10.09.2014    çap et  çap et