525.Az

Həbs edilmiş direktorla bağlı yeni xəbər var


 

Həbs edilmiş direktorla bağlı yeni xəbər var<b style="color:red"></b> Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Lent.az-ın məlumatına görə, istintaq zamanı sürücülük məktəbinin sabiq direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü-təlimatçı vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 





10.09.2014    çap et  çap et