525.Az

Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edilib


 

Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edilib<b style="color:red"></b>

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

525.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.

İndiyə qədər İşçi qrupuna Milli Məclis sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edirdi.

Xəbər yenilənir

 





27.01.2024    çap et  çap et