525.Az

Ukraynalı general: "Rusiya hücumlarını gücləndirib"


 

Ukraynalı general: "Rusiya hücumlarını gücləndirib"<b style="color:red"></b>

Rusiya hücumlarını gücləndirib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski teleqramda yazıb.

O bildirib ki, qarşı tərəf xüsusilə Tavriya rayonu istiqamətində hücumları instensivləşdirib: “Ukrayna Silahlı Qüvvələrinin artıq iki gün ardıcıl şəkildə düşmənlə 50 toqquşması olub”.

Generalın sözlərinə görə, Rusiya son 1 həftə ərzində bu istiqamətdə 100 hava zərbəsi endirib.

Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, Rusiya ordusu Kupyansk şəhəri istiqamətində də hücum əməliyyatlarının intensivliyini bərpa edib: “Sinkovka və Tabaevka yaşayış məntəqələri ərazisində şiddətli döyüşlər gedir”.
O deyib ki, Ukrayna ordusu hücumları dəf edir: “Qarşı tərəf Xarkov vilayətində daha geniş hücumlara başlaya bilər. Yerli hakimiyyət orqanları və hərbçilər istənilən ssenariyə hazır olmalıdırlar”.

 





27.01.2024    çap et  çap et