525.Az

Ağdaşda avtomobil aşdı - Ölən var


 

Ağdaşda avtomobil aşdı - <b style="color:red">Ölən var</b>

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə 525.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

 





28.01.2024    çap et  çap et