“Qanun” jurnalı redaksiyasının Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə düşüb.
Proses sentyabrın 10-u 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində olmalı idi.
Redaksiyanın vəkili Müzəffər Baxışov “Media forum” saytına bildirib ki, proses onların istəyi ilə təxirə salınıb: “Qanun”un rəhbəri Şahbaz Xuduoğlu Bakıda olmadığı üçün vəsatət qaldırdıq ki, məhkəmə təxirə salınsın. Vəsatətimiz təmin edildi. İşə oktyabrın 3-də baxılacaq”.
Vergi Auditi Departamenti ötən il noyabrın 1-də “Qanun” jurnalının redaksiyasında yoxlama aparıb, 47 min manatlıq sanksiya hesablayıb. Məhkəməyə üz tutan redaksiya bu qərarın qanunsuz qərar kimi tanınmasını istəyib.
çap et