525.Az

Olaf Şolts: “Ukrayna münaqişəsində həlledici məqam yetişib”


 

Olaf Şolts: “Ukrayna münaqişəsində həlledici məqam yetişib”<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts hesab edir ki, Aİ-nin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşımaq iqtidarında deyil.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının konfransında çıxış edərkən Şolts bildirib.

“Almaniyanın Ukraynaya yardımın ümumi məbləğində bu qədər böyük paya malik olması doğru deyil”, - Şolts deyib.

"Çox şey etmək bizim töhfəmiz olmalıdır, amma eyni zamanda hər kəs də bu çox şeyi etməlidir", - o əlavə edib və bildirib ki, 1 fevral sammitində Aİ Kiyevə yardım göstərməkdə yükün bölüşdürülməsi məsələsini qaldıracaq.

Şoltsun ​​sözlərinə görə, Ukraynadakı münaqişədə “həlledici məqam yetişib”.

Kansler Kiyevi Almaniyanın həmrəyliyinə bir daha əmin edib və xatırladıb ki, Berlin 2024-cü ildə Ukraynaya dəstək üçün 7 milyard avrodan çox vəsait ayıracaq ki, bu da Aİ ölkələrinin bütün yardımlarının yarısından çoxunu təşkil edəcək.

 





28.01.2024    çap et  çap et