525.Az

Fransa fələstinli qaçqınlara dəstəyi dayandırdı


 

Fransa fələstinli qaçqınlara dəstəyi <b style="color:red">dayandırdı</b>

Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək", - məlumatda deyilir.

2023-cü il üçün Paris UNRWA-ya 60 milyon avro ayırıb.

XİN vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətində iştirakı ilə bağlı səslənən məlumatlar ciddidir.

 





28.01.2024    çap et  çap et