525.Az

“HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”


 

“HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”<b style="color:red"></b>

“Qətərdə HƏMAS liderləri dəbdəbəli həyat sürərkən, Qəzzadakı terror qruplaşmasının komandirləri ölür və minlərlə adam təslim olur”.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Nazir vurğulayıb ki, bu müharibəni xalla başa vurmaq olmaz, yalnız nokautla:

“Sonda müharibənin nəticəsi tam aydın olacaq. HƏMAS yaraqlıları bilməlidir ki, onun iki yolu var - ya təslim olmaq, ya da öldürülmək, üçüncü variant yoxdur. Deməli, bu İsrail ordusunun missiyasıdır”.

 





29.01.2024    çap et  çap et