525.Az

Daha 27 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2


 

Daha 27 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub - <b style="color:red"> YENİLƏNİB-2</b>

Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınan növbəti köç karvanının qarşılanma mərasimi olub.

525.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Mərasim zamanı bu gün doğma yurda qayıdan daha 27 ailəyə (115 nəfər) açarlar təqdim edilib.

Bununla da Füzuli şəhərində 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Bakı şəhərinin Qaradağ rayonundan yola salan daha 27 ailə Füzuli şəhərinə çatıb.

525.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu gün Füzuliyə daha 115 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da şəhərdə 527 ailənin (1 969 nəfər) daimi məskunlaşması təmin edilib.

***

Yanvarın 29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 27 ailə (115 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib.

 





29.01.2024    çap et  çap et