525.Az

Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb


 

Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb<b style="color:red"></b>

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 525337,539 milyon manat təşkil edib.

525.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6 % artaraq 1 milyard 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11 % artaraq 4 milyard 443,321 milyon manat, aksizlər üzrə daxilolmalar 32,8 % artaraq 224,313 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,3 % azalaraq 42,826 milyon manat olub.

 





29.01.2024    çap et  çap et