525.Az

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir


 

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir<b style="color:red"></b>

Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq.

525.az xəbər verir ki, bunu nazir “Report”a müsahibəsində deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.

“Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, - nazir söyləyib.

 





29.01.2024    çap et  çap et