525.Az

Tovuz sakinindən tapança-pulemyot götürülüb


 

Tovuz sakinindən tapança-pulemyot götürülüb<b style="color:red"></b>

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nuru Tağıyev saxlanılıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


 

 





29.01.2024    çap et  çap et