525.Az

Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anım günü qeyd olunub


 

Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anım günü qeyd olunub <b style="color:red"></b>

26 yanvar tarixində Respublika Uşaq Kitabxanasında Azərbaycan tənqid  və ədəbiyyatşünaslıq elminin ilk peşəkar və görkəmli nümayəndəsi, XX əsrin birinci on illiyindən başlayaraq maarif və mədəniyyətin çiçəklənməsi, gənc nəslin təlim-tərbiyəsi və inkişafında böyük əhəmiyyəti və  uşaq ədəbiyyatı sahəsində müstəsna xidmətləri olan Firidunbəy Köçərlinin anadan olduğu gün ilə bağlı tədbir keçirilib.

525.az xəbər verir ki. tədbirdə Bakı şəhəri üzrə Mərkəzləşdirimiş Kitabxana Sistemlərindən kitabxanaçılar həmçinin, “Gəncliyə Yardım Fondu”-nun əməkdaşı Qoşqar Abbas iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova  qeyd edib ki, F. Köçərli ədəbi irsində uşaq ədəbiyyatı və eləcə də şifahi xalq ədəbiyyatı məsələlərinin tədqiqi xüsusi yer tutur. Uşaq ədəbiyyatından nümunələrin  toplanması, nəşri və inkişaf etdirilməsi Firidunbəy Köçərlinin diqqətini məşğul etmişdir. F.Köçərliyə qədər XX əsrdə uşaq ədəbiyyatı haqqında bir sıra elmi-nəzəri fikir yaransa da bu sahədə sistemli tədqiqat onun adı ilə bağlıdır. Bu baxımdan ədibin 1912-ci ildə özündə  uşaq folklor antalogiyasını ehtiva edən “Balalara hədiyyə” kitabı nəşr olunur. 

Tədbirdə qonaq qismində iştirak edən Qoşqar Abbas F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumatı diqqətə çatdırdı .Çıxışçılardan sonra F.Köçərlinin həyat və yaradıcılığını özündə əks etdirən video-roliklər və  “Elektron Məlumat Bazası” təqdim edilmişdir. Virtual oxucular üçün nəzərdə tutulmuş bazada materiallar 1911-2023 –cü illəri əhatə edir, bazaya ümumilikdə 275 adda kitab və məqalədən ibarət material, foto və sənədli filimlər  daxil edilib. Bazaya daxil edilən yazılı materiallardan 244-ü tammətinlidir.

 





29.01.2024    çap et  çap et