525.Az

Putin seçkiqabağı debatlarda iştirak etməyəcək


 

Putin seçkiqabağı debatlarda iştirak etməyəcək<b style="color:red"></b>

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı debatlarda iştirakı məsələsini şərh edib.

525.az APA-ya istinadən xəbər verir ki, Peskov Putinin seçkiqabağı debatlarda iştirak etməyəcəyini söyləyib.

"Mən Prezidentin mətbuat katibiyəm. Prezident seçki debatlarında iştirak etmir", deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Rusiya Mərkəzi Seçki Komissiyası Putinin Rusiya prezidentliyinə namizədliyini qeydə alıb. Bu ilin martın 15-dən 17-dək keçiriləcək seçkilərdə hazırki prezident Vladimir Putin ölkə başçısı vəzifəsinə beşinci dəfə namizəd olacaq.

 





29.01.2024    çap et  çap et