525.Az

25 ştatdan Baydenə qarşı birgə bəyannamə


 

25 ştatdan Baydenə qarşı birgə <b style="color:red">bəyannamə</b>

ABŞ-də 25 Respublikaçı əyalət qubernatoru Texasla hökumət arasında sərhəd mübahisəsində Texası dəstəkləyib.

525.az xəbər verir ki, ABŞ-nin 25 ştatı ABŞ prezidenti Co Bayden ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi müzakirəsində Texası dəstəkləyib. 25 ştat da Konstitusiya Məhkəməsinin Meksika sərhədindəki naqillərin sökülməsinə dair qərarına qarşı çıxıb.

Respublikaçı Qubernatorlar Birliyinin yaydığı bəyanatda: "Biz dostumuz Qreg Abbott və Texas ştatı ilə sərhədi qorumaq üçün hər vasitə və strategiyadan, o cümlədən kəsici tellərdən istifadə etməkdə həmrəyik", - deyə bildirilib.

Məhəmməd Tağıyev

 





29.01.2024    çap et  çap et