Son 72 saat ərzində Şimali Afrika sahillərindən İspaniyanın cənub-qərbindəki Kanar adalarına mindən çox qeyri-qanuni immiqrantın gəldiyi və onlardan 6-nın səfər zamanı öldüyü bildirilib.
525.az xəbər verir ki, Kanar adaları muxtar rəhbərliyi, Sahil Mühafizə Təşkilatı və Qırmızı Xaç rəsmilərinin İspaniya mətbuatına verdiyi açıqlamalarda yanvarın 26-sı cümə günündən yanvarın 29-u səhərə qədər, mindən çox qeyri-qanuni mühacirin 11 qayıqla Kanar adaları qrupundan El Hierro, Tenerife və Böyük Kanariyaya gəldiyi bildirilib.
Mali, Seneqal, Mavritaniya, Qambiya, Kamerun, Fil Dişi Sahili və Qvineya Respublikası kimi Afrika ölkələrinin vətəndaşları olduğu bildirilən qeyri-qanuni mühacirlərdən 6-nın səfər əsnasında dünyasını dəyişdiyi qeyd edilib.
Qeyri-qanuni mühacirlər arasında qadın və uşaqların da olduğu paylaşılıb.
Məhəmməd Tağıyev
çap et