Avstriya Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırıb.
525.az xəbər verir ki, Baş nazir Karl Nehammer "X" sosial media platformasındakı paylaşımında, İsrail rəsmilərinin UNRWA-nın bəzi əməkdaşlarının HƏMAS-ı dəstəklədiyini iddia etməsindən sonra ölkələrinin BMT təşkilatına dəstəyini dayandırdığını bildirib. Nehammer iddiaların hərtərəfli və operativ araşdırılmasını istəyib.
İsrailə qeyd-şərtsiz dəstəyi ilə tanınan Avstriya keçən il BMT-nin Qəzzaya fövqəladə humanitar atəşkəslə bağlı qətnamə layihəsində "yox" səsi vermişdi.

Məhəmməd Tağıyev
çap et