525.Az

İordaniyada PUA hücumu - 3 ABŞ əsgəri öldü


 

İordaniyada PUA hücumu - <b style="color:red">3 ABŞ əsgəri öldü</b>

ABŞ Mərkəzi Komandanlığı İordaniyada PUA hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğunu, 25 nəfərin yaralandığını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden açıqlamasında: “Dünən gecə İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə PUA hücumu nəticəsində 3 ABŞ əsgəri həyatını itirib, çoxlu sayda yaralı var", - deyib.

Hücuma görə məsuliyyət daşıyanlara ABŞ-nin seçdiyi vaxt və formatda cavab verəcəklərini deyən Bayden, mübarizəyə davam edəcəklərini qeyd edib.

Malik Atilay

 





29.01.2024    çap et  çap et