525.Az

İsrail aviaşirkəti Cənubi Afrikaya uçuşları dayandıracaq


 

İsrail aviaşirkəti Cənubi Afrikaya uçuşları <b style="color:red">dayandıracaq</b>

İsrail hava yolu şirkəti "El Al" Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrikaya uçuşları dayandıracağını açıqlayıb.

525.az İsrailin dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, İsrailin "El Al" hava yolu şirkəti mart ayının sonundan etibarən Cənubi Afrikanın Yohannesburq şəhərinə uçuşları dayandıracağını açıqlayıb.

Digər tərəfdən, "Times of Israel" qəzetinin xəbərində şirkət sözçüsünə əsaslanaraq, Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım iddiasından sonra İsrail vətəndaşlarının Cənubi Afrikaya uçmaq istəmədikləri və uçuşları ləğv etdikləri bildirilib.

Malik Atilay

 





29.01.2024    çap et  çap et