525.Az

"Tesla" 200 min avtomobilini geri çağırır


 

"Tesla" 200 min avtomobilini <b style="color:red">geri çağırır</b>

Elektrikli avtomobil istehsalçısı "Tesla" arxa kameranın ekranda görünməsinə mane olan proqram təminatının qeyri-sabitliyi səbəbindən ABŞ-də təxminən 200 min avtomobili geri çağırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında qeyd edilib ki, "Tesla" 2023-cü il üçün şirkətin tam avtonom 4.0 sistemi ilə təchiz edilmiş bəzi Model S, X və Y avtomobillərini proqram səhvinə görə geri çağırıb.

Açıqlamada proqram təminatının qeyri-sabitliyinin arxa kameranın göstərilməsinə mane ola biləcəyi bildirilib və bu vəziyyətin sürücünün baxış sahəsini azaldacağı və qəza riskini artıracağı vurğulanıb.

Açıqlamada 199 min 575 avtomobilin geri çağırıldığı bildirilib.

"Tesla"nın problemi həll etmək üçün uzaqdan edilə bilən bir proqram yeniləməsi çıxardığı və 22 Mart tarixindən etibarən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndərilməsinin gözlənildiyi ifadə edilib.

Qeyd edək ki, avtomobil istehsalçılarının avtomobillərində potensial təhlükəsizlik problemi tapması mənasına gələn geri çağırışlar çərçivəsində istehsalçılar ümumiyyətlə pulsuz təmir xidmətləri göstərirlər, təsirə məruz qalan müştərilər isə məktub və ya digər rabitə kanalları ilə xəbərdar edilir.

Malik Atilay

 





29.01.2024    çap et  çap et