525.Az

Yapon şirkəti saxta etiketə görə 2 milyon dollar cərimələndi


 

Yapon şirkəti saxta etiketə görə <b style="color:red">2 milyon dollar cərimələndi</b>

Yaponiyanın kənd təsərrüfatı və tikinti maşınları istehsalçısı "Kubota"nın saxta etiketlərdən istifadə etdiyi aşkarlanıb, şirkətə 2 milyon dollar cərimə kəsilib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Yaponiyanın kənd təsərrüfatı və tikinti maşınları istehsalçısı "Kubota Corp." şirkəti ABŞ-dəkı filialının saxta “Made in USA” etiketlərinə görə 2 milyon dollar cərimə ödəyəcək.

Rəsmi Kyodo agentliyinə görə, 2021-ci ildən "Kubota North America Corp." şirkətin istehsal etdiyi minlərlə ehtiyat hissələrinin üzərində saxta “Made in USA” etiketləri aşkar edilib.

Müəyyən edilib ki, “Made in USA” etiketli məhsulların Yaponiya şirkətinin xaricdəki fabriklərində istehsal edilib.

Məlum olub ki, "Kubota" hissələrin istehsalını ABŞ-dən kənara köçürsə də, "istehsal yerindəki dəyişikliyi əks etdirmək üçün bu məhsulların etiketlərini yeniləyə bilməyib".

ABŞ-də yerləşən Federal Ticarət Komissiyası, müvafiq olaraq, "Kubota North America Corp." şirkətinin 2 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb.

Qeyd edək ki, 130 ildən artıq tarixə malik Osakada yerləşən istehsalçı Yaponiyada və xarici bazarda kənd təsərrüfatı və tikinti maşınlarının istehsalçısı kimi tanınıb.

Malik Atilay

 





29.01.2024    çap et  çap et