525.Az

Milanda Fələstin üçün yürüş


 

Milanda Fələstin üçün <b style="color:red">yürüş</b>

Fələstinə dəstək və həmrəylik nümayiş etdirmək üçün İtaliyanın ikinci böyük şəhəri Milanda minlərlə insan yürüş keçirib.

525.az xəbər verir ki, yəhudi icması tərəfindən 27 Yanvarın Beynəlxalq Holokostu Anma Günü olduğu səbəbiylə ləğv edilməsinə təzyiq edilən yürüşlərdən biri bu gün Milanda keçirilib.

Roma və Milanda müvafiq idarələrin qərarı ilə ləğv edilən yürüşlərə cavab olaraq dünən Romada etiraz aksiyaları keçirən fələstinli tərəfdarlar bu gün də Milanda yürüş keçirib.

Belə ki, nümayişçilər Qəzzada 120 jurnalistin öldürüldüyünə diqqət çəkmək üçün mətbuatla həmrəylik ifadə edən vərəqələr paylayıb.

Qeyd edək ki, Loreto Meydanından Martesana Amfiteatrına qədər davam edən yürüşdə 2 min adam iştirak edib.

Məhəmməd Tağıyev

 





29.01.2024    çap et  çap et