ABŞ anklavın sərhədlərinin dəyişdirilməsinə qarşı çıxdığı üçün İsrail Qəzza zolağı ilə bufer zona yaratmağa hazırlaşır.
525.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
İsrail ordusu Qəzzada mindən çox bina və tikili dağıdıb. Nəşrin qeyd etdiyi kimi, əməliyyatın məqsədi “İsraillilərə tam fəaliyyət azadlığı vermək üçün ərazini terrorçulardan və ya infrastrukturdan, reaktiv yaylım atəşi sistemlərindən və minaatanlardan təmizləməkdir”.
Qeyd edək ki, nəşr İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Amos Yadlinin sözlərini də sitat gətirir və o, artıq belə bir bufer zonanın genişliyinin bir kilometrə qədər ola biləcəyini bəyan edib.
Xatırladaq ki, bundan əvvəl İsrail və Fələstinin radikal HƏMAS hərəkatının bir aylıq atəşkəsə razılaşdığı məlum olub.
Havar Səfiyeva
çap et