525.Az

ABŞ qoşunlarının İraqdan çıxarılmasını təxirə salacaq - Rusiya


 

ABŞ qoşunlarının İraqdan çıxarılmasını təxirə salacaq - <b style="color:red">Rusiya</b>

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, ABŞ razılıq əldə etdikdən sonra qoşunlarının İraqdan çıxarılmasını təxirə salacaq.

525.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirir.

“Amerikalılar, mənə elə gəlir ki, bu məsələnin həllini hər cür gecikdirəcəklər, çünki onlar hazırda buna hazır deyillər”, - diplomat bildirib.

Qeyd edək ki, Lavrentyevin sözlərinə görə, Birləşmiş Ştatlar qoşunlarını İrandan çıxarmaqla növbəti zəifliyini nümayiş etdirdiyinə inanır.

Havar Şəfiyeva

 





29.01.2024    çap et  çap et